NATO rəsmisi Ukraynanın uğurlarının səbəbini AÇIQLADI

 12:13 23.11.2022     297

"Ukrayna Silahlı Qüvvələri müharibədə yeni texnologiyalardan məharətlə istifadə edir. Və bu, onlara döyüş meydanında üstünlük verir".

Redaktor.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer CBC telekanalına bildirib.

"Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın işğalını dəf edə bilməsinin səbəblərindən biri onların yeni texnologiyalardan məharətlə istifadə etməsidir. Biz hamımız Ukraynanı dəstəkləyən texnologiya şirkətlərinin həlledici rolunun şahidi olduq" - o, deyib.

Bauer vurğulayıb ki, texnologiya bugünkü münaqişələrdə balansı dəyişəcək və “dünya bunu real vaxtda nümayiş etdirir”.

"Bir neçə ay əvvəl "Microsoft" və ya "Starlink" kimi şirkətlər deyəndə yadımıza noutbuklar və peyklər gəlirdi. İndi biz onları müharibədə qalib gəlməyə kömək edən şirkətlər kimi qəbul edirik", - deyə admiral yekunlaşdırıb.

Qeyd edək ki, Ukrayna əsgərlərinin genişmiqyaslı müharibə başlayandan əldə etdikləri “Starlink” peyk interneti sayəsində ordunun Rusiya qoşunlarına dəqiq zərbələr endirməsinə və pilotsuz təyyarələrə (PUA) nəzarət etməyə imkan verir, mülki şəxslər isə qohumları ilə əlaqə saxlaya bilirlər.

Xatırladaq ki, bundan əvvəl Pentaqon da "Starlink" istisna olmaqla, Ukrayna hərbçiləri ilə digər peyk və internet operatorları arasında əməkdaşlıq imkanlarını istisna etmirdi.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən