Keniyada heyvanlar susuzluqdan ölür - FOTO
Kenyadakı heyvanlar quraqlıq səbəbiylə aclıqdan və susuzluqdan ölür.
Redaktor.az “Nathional Geographic”ə istinadla xəbər verir ki, Afrikadakı dağıdıcı quraqlığın təsirləri bütün bölgələrdə hiss olunur.
Xüsusilə maldarlıq bölgələrində heyvanlar son üç ayda yaşanan həddindən artıq quraqlıq səbəbiylə bir-bir tələf olmağa davam edir.
Məlumata görə, bölgədə yaşayan fermerlər isə yeganə dolanışıq mənbəyi olan heyvanlarını itirdikləri üçün övladlarını məktəbə göndərmədiklərini, yaşamaq üçün lazım olan qidanı tapa bilmədiklərini deyirlər.
Həmidə İbrahimova
















