Rusiya Ukraynadan sonra Qazaxıstana girəcək? - "Orda da çoxlu “ruslar” var"

 14:00 23.11.2022     356

“Rossiya-1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” cerilişində politoloq Dmitri Drobnitski Ukraynadan sonra “Qazaxıstana diqqət yetirməyi” təklif edib.

Redaktor.az-ın məlumatına görə, o bildirib ki, Qazaxıstanda da çoxlu “ruslar” var və Rusiya Federasiyası dəfələrlə “rusdilli əhalini müdafiə etdiklərini” bəyan edib:

"Ukraynada olduğu kimi orada da nasist çağırışlar başlaya bilər. Qazaxıstanda da çoxlu ruslar var... . Bundn başqa "Rosatom"un nüvə yanacağı da oradadır."

Xatırladaq ki, Ukraynanın işğalından sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev açıq şəkildə Rusiyadan iqtisadi və siyasi asılılıqdan azad olmağa keçib.

Bundan əvvəl isə Qazaxıstan rəhbəri milli neft-qaz şirkətinə Rusiyadan yan keçməklə neft satışını təşkil etməyi tapşırıb.

Tokayev həmçinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda qondarma “LDNR”nin tanınmasının mümkünsüzlüyünü açıqlayıb.

Strateji Araşdırmalar İnstitutunun direktoru Pavel Lisyanski UNAN-a bildirirb ki, Rusiya 1990-cı illərdən bəri Şimali Qazaxıstanın bir hissəsini ilhaq etməyə çalışır.

"Orada əslində rusların sıx yaşadığı üç rayon var. Onlar bir neçə dəfə hansısa "xalq respublikaları" yaratmağa cəhd ediblər. Sonra rusdilli əhalinin əksəriyyətinin yaşadığı ərazilərdə milli muxtariyyət yaradılması üçün lobbiçilik etməyə çalışıblar. "- Lisyanski deyib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən