İrəvanda KTMT əleyhinə nümayiş keçirilir

 14:48 23.11.2022     313

İrəvanın mərkəzindəki Azadlıq meydanında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-dən çıxması tələbi ilə etiraz aksiyası keçirilir.

Redaktor.az “News.am”a istinadla xəbər verir ki, nümayiş iştirakçılarının fikrincə, KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə heç bir aydın qiymət vermir.

Xatırladaq ki, KTMT-yə üzv ölkələrin bütün liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko sözügedən sammitdə iştirak etmək üçün Ermənistana gəliblər.

Həmidə İbrahimova