Ukraynanın yarısında hava xəbərdarlığı elan edildi - Partlayışlar var

 15:13 23.11.2022     368

Odessa vilayətində bu gün, noyabrın 23-də partlayış səsləri eşidilib. Bölgədə hava xəbərdarlığı elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “Dumskaya” qəzeti məlumat yayıb.

"Odessa vilayətində partlayışlar qeydə alınır", - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna regionlarının demək olar ki, yarısı hava xəbərdarlığı elan edib. Odessa vilayətində həyəcan siqnalı saat 12:27-də başlayıb.

Xatırladaq ki, daha əvvəl Nikolaev hərbi administrasiyasının rəhbəri Vitali Kim cənub rayonlarının sakinlərinə mümkün raket zərbələri barədə xəbərdarlıq etmişdi. Daha sonra o bildirib ki, işğalçılar Mariupol vilayətində 5 raket atıblar.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən