İran Kürdistana qoşun göndərdi

 15:18 23.11.2022     367

İran rəhbərliyi ölkənin qərbində yerləşən Kürdistan vilayətinə quru qoşunları göndərib.

Redaktor.az “Jamaran” agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin deputatı Məhəmməd İsmail Kousari açıqlayıb. 

O, bildirib ki, burada məqsəd silahlı kürd birləşmələri ilə mübarizə aparmaq və ölkə sərhədlərində təhlükəsizliyi təmin etməkdir.