Şotlandların müstəqillik arzusu yenə gözlərində qaldı

 16:38 23.11.2022     461

Böyük Britaniya Ali Məhkəməsi Şotlandiya hakimiyyətinin müstəqilliklə bağlı yeni referendum təşkil etmək hüququndan məhrum edib.

Redaktor.az xəbər verir ki, bunu Britaniyanın ali məhkəmə orqanlarından birinin sədri lord Robert Rid deyib.

Onun sözlərinə görə, hakimlər Şotlandiya parlamentinin Londonun razılığı olmadan səsvermənin keçirilməsinə icazə verən qanunla bağlı yekdil qərar qəbul ediblər.

"Məhkəmə yekdilliklə qərara gəlib ki, təklif olunan qanun layihəsi regional Şotlandiya Parlamentinin səlahiyyətinə daxil deyil. Konstitusiyanın  30-cu maddəsində bildirilir ki, Parlamentin Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum üçün qanunvericilik səlahiyyəti yoxdur",- Rid bildirib.

İddianı Şotlandiyanın birinci naziri, Şotlandiya Milli Partiyasının (SNP) rəhbəri Nikola Sturgeon irəli sürüb. Beləliklə, Edinburq müstəqil olaraq məsləhətçi referendumun təyin edilməsinin mümkünlüyü ilə bağlı suala cavab almağa ümid edirdi.

Sturgeon özü belə bir referendum keçirmək istədiyini 19 oktyabr 2023-cü ildə elan etdi, lakin London bundan imtina etdi, bundan sonra SNP məhkəməyə müraciət etdi.

Məhkəmə öz hökmündə Şotland millətçilərinin beynəlxalq hüquqa və xalqların öz müqəddəratını təyinetmə hüququna istinadlarını, xüsusən də Kanada Ali Məhkəməsinin Kvebek əyaləti ilə bağlı qərarını nəzərə alaraq rədd edib.

Britaniya məhkəməsi qeyd edib ki, həmin hökmdə beynəlxalq hüquq çərçivəsində öz müqəddəratını təyinetmə hüququnun keçmiş müstəmləkələrlə bağlı vəziyyətdə və ya insanların sıxışdırılması hallarında, xüsusən də əhalinin bu ərazilərə çıxışının qadağan edilməsi baş verərsə mümkün ola bilər. 

Tunar Altunbay