KTMT-nin baş katibi dəyişdi

 17:45 23.11.2022     495

Qazaxıstanın Rusiyadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, dövlət və siyasət xadimi İmanqali Tasmaqambetov 2023-cü ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunu tutacaq.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT sammitinin açılışında deyib.

"Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurur. Mən ona görülən işlərə görə təşəkkür etmək istəyirəm. 2023-cü ilin əvvəlindən KTMT-nin baş katibi vəzifəsini Qazaxıstanın nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək",- deyə Paşinyan bildirib.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən