İranlı aktrisaları qadınları hicab bağlamağa məcbur edən tamaşalardan imtina etdi - FOTO

Bir qrup iranlı teatr fəalı “Instagram” hesabında paylaşım edərək, qadınları hicab bağlamağa məcbur edən əsərlərin istehsalı və səhnələşdirilməsində bir daha iştirak etməyəcəklərini bildiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat verilib.
Qeyd edilib ki, bu bildiriş paylaşımını imzalayanlar arasında Siavəş Pakrah, Əli Şəms, Mustafa Koşki, Şəhab Sahi, Armin Cavan və Əmirhüseyn Devaninin adı da var.
Tunar Altunbay