Ukraynada müharibəyə görə torpağın altında qalan şaxtaçılar XİLAS EDİLDİ

 11:48 24.11.2022     494

Ukraynanın Dnepropetrovsk vilayətində rusların top atəşləri nəticəsində yerin altında qalmağa məcbir olan 3 minə yaxın mədənçi xilas edilib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko öz teleqram kanalında məlumat verib .

"Krivoy Roqda və Pavloqrad vilayətində xilasetmə əməliyyatları başa çatıb. Xilasedicilər müəssisələrin işıqlarının kəsilməsi səbəbindən şaxtalarda qalan 3 minə yaxın işçini çıxarıblar", - o, qeyd edib.

Rezniçenkonun sözlərinə görə, energetiklər enerjinin bərpasını davam etdirirlər. Rayonda istehlakçıların 50%-ə qədəri artıq elektrik enerjisinə malikdir.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən