Türkiyə dekabrdan sonra Suriyada əməliyyata başlaya bilər
"Türkiyə silahlı qüvvələri İraqda "Pəncə-Qılınc” əməliyyatı keçirir. Dekabrda başa çatdırılması gözlənilir. Bundan sonra Suriyada quru əməliyyatı üçün geri sayım başlamalıdır. Bu dəfə daha genişmiqyaslı əməliyyat planlaşdırılır".
Redaktor.az xəbər verir ki, bunu "Hürriyet" qəzetinin köşə yazarı Abdulkadir Selvi deyib.
Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı çıxışında Suriyanın şimalında yerləşən terror təşkilatı PKK/YPG-ə qarşı sərhədyanı quru əməliyyatının yaxın gələcəkdə keçirilə biləcəyini deyib.
Həmidə İbrahimova












