"Sakinlərin 70 faizi hələ də işıqsız qalıb" – Kiyev meri

“Bu gün səhər saatlarından etibarən Kiyev sakinlərinin 70 faizindən çoxu işıqsız qalıb, şəhərdə su təchizatı qismən bərpa edilib”.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.
Onun sözlərinə görə, elektrik enerjisinin paytaxta qaytarılması Ukraynanın elektrik şəbəkəsi sistemində balansın bərpasından asılıdır.
Həmidə İbrahimova