Ukrayna ordusundan işğalçılara daha bir zərbə: 310 hərbçi, 51 qanadlı raket MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 85720 (+ 310) nəfər canlı qüvvəsi, 2898 (+1) tank, 5837 (+7) zirehli döyüş maşını, 1889 (+2) artilleriya sistemi, 395 (+0) reaktiv yaylım atəşi sistemi, 209 (+0) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+0) helikopter, 1547 (+10) PUA, 531 (+51) qanadlı raket, 16 (+0) gəmi, 4400 (+4) avtomobil texnikası və avtosistern, 161 (+0) xüsusi texnikası məhv edilib.
Rus qoşunları ötən gün ən böyük itkisini Avdiyivka, Baxmut və Lyman istiqamətlərində verib.
Turan İSMAYIL
