Fransa rus diplomatlara viza vermədi

 15:15 24.11.2022     295

Fransa Parisdə YUNESKO tədbirində iştirak üçün Rusiya XİN-in nümayəndələrinə viza verməyib.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb. 

Nümayəndə heyəti parisdə YUNESKO-nun Kommunikasiyaların inkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün Parisə yollanmaq istəyib.

Tunar Altunbay