Akar Şoyqu ilə Ukraynanın taxılını müzakirə etdi

 18:38 24.11.2022     327

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Redaktor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Şoyqu və Akar taxıl müqaviləsinin gedişatı, həmçinin Suriyanın şimalındakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

"Suriyanın şimalında mövcud vəziyyət və "Qara dənizin gedişatı ilə bağlı bəzi məsələlər" müzakirə olunub”, - nazirliyin məlumatında deyilir.

Xatırladaq ki, taxıl ixracını tənzimləyən birinci saziş noyabrın 19-dək qüvvədə idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 17-də taxıl müqaviləsinin 120 gün uzadıldığını bildirib. 

Nərmin VÜQARQIZI