Daha 50 ukraynalı əsgər rus əsirliyindən qayıtdı

Bu gün daha 50 ukraynalı hərbçi Rusiya əsirliyindən geri qaytarılıb.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
"Bu gün biz 50 ukraynalı əsgəri Rusiya əsirliyindən geri qaytara bildik. Onlardan 20-si Milli Qvardiyaçı, 12-si Hərbi Dəniz Qüvvələrinin , 10-u Ukrayna Silahlı Qüvvələrinin, 6-sı Dövlət Sərhəd Xidmətinin, 2-i yerli müdafiə dəstəsinin döyüşçüsüdür", - deyə ofis rəhbəri əlavə edib.
Məlumuta görə, onların arasında iki zabit, 48 sıravi əsgər və çavuş var.
Nərmin VÜQARQIZI