ABŞ-da 50 milyondan çox ev quşu məhv edildi - REKORD

 09:50 25.11.2022     403

Quş qripi bu il ABŞ-da 50,54 milyon ev quşunu məhv edib. 

Redaktor.az "lse.co.uk" saytına istinadən xəbər verir ki, bu barədə  ABŞ Kənd Təsərrüfatı Departamenti məlumat verib.

Bu statistika 2015-ci ildə quş qripi epidemiyasında ölən quşların əvvəlki rekordunu üstələyib.

Qeyd edək ki, quş qripi ölkə tarixindəki ən ölümcül epidemiya olub.

Nərmin VÜQARQIZI