"Rusiya qalib gəlsə, biz daha böyük bədəl ödəməli olacağıq" - NATO-nun baş katibi

 14:32 25.11.2022     452

Ukraynanı dəhşətli qış gözləyir, bu dövr Amerika və Avropa üçün də çətin olacaq, lakin Rusiya öz məqsədlərinə çatarsa, NATO daha böyük bədəl ödəyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə günü NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 29-30-da Buxarestdə nazirlərin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

"Ukraynanı dəhşətli qış gözləyir. Amerika və Avropa üçün də çətin vaxt olacaq. Amma Rusiya qalib gəlsə, biz daha böyük bədəl ödəməli olacağıq. Ona görə də NATO Ukraynaya dəstəyini artırmaqda davam etmək niyyətindədir. Biz bundan geri qalmayacağıq. aşağı düşüb”, – Stoltenberq bildirib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən