Tokayev yenidən prezident seçildikdən sonra ilk səfərini Rusiyaya EDƏCƏK
Noyabrın 28-də Rusiya Prezidenti Vladimir Putin yenidən seçildikdən sonra ilk xarici səfərini Moskvaya edəcək qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə danışıqlar aparacaq.
Redaktor.az xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən bildirib.
“Bazar ertəsi Qazaxıstan prezidenti Tokayev Rusiya Federasiyasında rəsmi səfərdə olacaq, bu, onun yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfəri olacaq”, - Kremlin sözçüsü bildirib. O qeyd edib ki, “iki prezident arasında ünsiyyət, danışıqlar olacaq”.
Peskov həmçinin bildirib ki, “iki prezident həmin gün Orenburqda keçiriləcək Rusiya və Qazaxıstanın regionlararası əməkdaşlıq forumunun iştirakçıları qarşısında çıxış edəcək”. O qeyd edib ki, Putin və Tokayev Moskvadan videobağlantı vasitəsilə müraciət edəcəklər.
Kreml nümayəndəsi Rusiya Federasiyası və Qazaxıstan liderləri arasında aparılan danışıqlardan sonra sənədlərin imzalanacağını açıqlayıb.
Turan İSMAYIL












