Putin Yaponiyadakı səfiri geri çağırıb, ona yüksək vəzifə verdi

 14:49 25.11.2022     354

Rusiya Prezidenti Vladimir Putin Mixail Qaluzini Rusiya Federasiyasının xarici işlər nazirinin müavini təyin edib, eyni zamanda onu Yaponiyadakı səfir vəzifəsindən azad edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamları bu gün rəsmi hüquqi informasiya portalında dərc olunub.

“Qaluzin Mixail Yuryeviç Rusiya Federasiyası xarici işlər nazirinin müavini təyin edilsin”, - sənədlərin birində deyilir.

İkinci fərmana əsasən, Qaluzin Rusiyanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən