Koronavirusla bağlı ABŞ həkimlərinin verdiyi məlumat dünyanı ŞOKA SALACAQ

Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, ABŞ-da aparılan araşdırma hər kəsi şoka salıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) koronadan ölənlərin əksəriyyətinin peyvənd olunduğunu açıqlayıb. Baxmayaraq ki, peyvəndlər buraxılarkən xəstəliyin yayılmasını, ağır simptomları və ölüm hallarını azaldacağı bildirilirdi.
ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin açıqladığı koronavirus rəqəmlərində qeyd edilir ki, koronavirusdan ölənlərin 58 faizi peyvənd olunanlar, 42 faizi olunmayanlardır.