Xerson əhalisi təxliyə olunur
Ukraynanın Xerson şəhərinin ilk 100 sakini təxliyə olunub.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.
Onlar qatarla Xmelnitskiyə yola salınıb.
Təxliyə olunan insanlardan 26-sı uşaq, 7-si yataq xəstəsi, 6-sı isə hərəkət qabiliyyəti məhdud olan şəxslərdir.
Nazirlikdən qeyd ediblər ki, indi Xersondan avtobuslarla Odessa, Nikolayev və Krivoy Roqa evakuasiya etmək mümkündür.
Qeyd edək ki, Ukrayna hökuməti bir müddət əvvəl Xerson əhalisinin bir hissəsinin evakuasiya olunacağını bildirib.
Dünən həmçinin Ukraynanın Xerson hakimiyyətinin xəstələri şəhər xəstəxanalarından Nikolayev və Odessaya daşıdığı barədə məlumat yayılıb.
Həmidə İbrahimova












