Qərbin Ukraynaya verdiyi artilleriyanın üçdə biri yararsızdır
ABŞ Polşada Ukrayna ordusu üçün Qərb artilleriyasının təmir məntəqəsi təşkil edib.
Redaktor.az “The New York Times”-a istinadla xəbər verir ki, tədarük zamanı yaranan korroziyaya görə, Qərb ölkələri tərəfindən Ukraynaya çatdırılan 350 artilleriya qurğusunun təxminən üçdə biri işləmir. Bu silahların təmirinin təşkili isə ABŞ-ın Avropa Komandanlığı üçün prioritet məsələdir.
Bununla bağlı ABŞ ordusu Polşada təmir bazası təşkil edib. Qəzetin mənbələri qeyd edib ki, son bir neçə ayda bu obyektdə Ukraynada zədələnmiş silahlara texniki qulluq və təmir işləri aparılıb.
Ukrayna tərəfi isə bu cür təmir bazalarının döyüş meydanına daha yaxın yerləşdirilməsini zəruri hesab edir.
Həmidə İbrahimova












