Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransaya gedəcək

 11:22 26.11.2022     356

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa və Almaniyaya işgüzar səfərə gedəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Qriqoryanın sosial şəbəkədəki rəsmi səhifəsində bildirilib.

Səfər çərçivəsində Təhlükəsizlik Şurasının katibi Paris və Berlində işgüzar görüşlər keçirəcək.

Bundan əvvəl, noyabrın 19-da Qriqoryan Hindistanın paytaxtı Yeni Dehlidə olub və orada xarici işlər naziri Subramanyam Caişankarla görüşüb.

Vumart və Güvən reklamı Vumart Güvən