“Ukraynaya "Patriot" verilməsi NATO-nun razılığını tələb etmir” – Stoltenberq

 13:05 26.11.2022     374

“Patriot hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndərilib-göndərilməməsi ilə bağlı qərarı ayrı-ayrı ölkələr verməlidir”.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Məlumata görə, Almaniya Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükünü NATO ilə əlaqələndirməyə ehtiyac olduğunu bəyan edir.

"Konkret sistemlərlə bağlı konkret qərarlar milli qərarlardır. Bəzən son istifadəçi razılaşmaları və başqa şeylər olur, ona görə də onlar digər müttəfiqlərlə məsləhətləşməlidirlər. Amma sonda bu qərarı milli hökumətlər verməlidir", -  deyə Stoltenberq bildirib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən