ATƏT Varşavada iclası Ukraynaya görə qaranlıqda keçirildi - VİDEO
ATƏT Parlament Assambleyasının Polşanın sədrliyi ilə keçirilən sessiyası qaranlıqda başlayıb.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu addım Rusiya ilə genişmiqyaslı müharibənin davam etdiyi Ukraynaya həmrəylik nümayiş etdirmək məqsədilə atılıb.
Varşavada keçirilən görüşün əvvəlində zalda işıqlar sönüb.
Məlumdur ki, ukraynalıların əksəriyyəti Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr səbəbindən daim elektrik kəsintisi ilə üzləşir.
Buna görə də dünya ictimaiyyəti Ukraynanı dəstəkləmək qərarına gəlib və bir müddət ATƏT nümayəndələri də qaranlıqda qalıblar.












