Ukrayna ordusundan Rusiyaya böyük zərbə - daha 600 işğalçı MƏHV EDİLDİ
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 87310 (+ 600) nəfər canlı qüvvəsi, 2905 (+4) tank, 5856 (+8) zirehli döyüş maşını, 1897 (+1) artilleriya sistemi, 395 (+0) reaktiv yaylım atəşi sistemi, 209 (+0) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+0) helikopter, 1555 (+1) PUA, 531 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4412 (+6) avtomobil texnikası və avtosistern, 163 (+0) xüsusi texnikası məhv edilib.
Rus qoşunları ötən gün ən böyük itkisini Baxmut, Lyman və Avdiyivka istiqamətlərində verib.
Turan İSMAYIL













