Madriddə kütləvi etiraz aksiyası keçirildi - VİDEO

 21:15 27.11.2022     416

Madriddə on minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib. İnsanlar İspaniyanın baş naziri Pedro Sançesin istefasını tələb ediblər.

Redaktor.az life.ru-ya istinadla bildirir ki, sosial şəbəkələrdə mitinqin videosu yayılıb.

Aksiya ifrat sağçı “Vox” partiyasının təşəbbüsü ilə təşkil olunub. Etirazçılar hesab edirlər ki, Sançes hökuməti ölkə sakinlərini iqtisadi böhrandan, malların, elektrik enerjisinin və yanacağın bahalaşmasından xilas edə bilmir.

Polisin hesablamalarına görə aksiyada 30 minə yaxın adam iştirak edib, lakin təşkilatçılar 80 mindən çox nümayişçinin toplaşdığını bildiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən