Türkiyə hökuməti Suriyanın şimalında quru əməliyyatını müzakirə edəcək

 09:34 28.11.2022     368

Türkiyənin Nazirlər Kabineti ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçiriləcək iclasda Suriyanın şimalında terror təşkilatı olan PKK silahlılarını hədəfə almağa planlaşdırılan quru əməliyyatları müzakirə edəcək.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, o cümlədən, hökumət Türkiyənin noyabrın 20-dən Şimali İraq və Suriyada həyata keçirdiyi “Pəncə-Qılınc” hava əməliyyatını dəyərləndirəcək.

Görüşdən sonra Ərdoğan ənənəvi olaraq xalqa müraciət edərək sessiyada qəbul edilən qərarlar barədə məlumat verəcək.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən