Belçikanın Mərakeşə məğlubiyyəti Brüsseldə iğtişaşlar yaratdı - VİDEO

 09:51 28.11.2022     490

Qətərdə Dünya çempionatında Mərakeşin Belçikanı 2:0 hesabı ilə məğlub etməsindən sonra Brüsselin mərkəzində yaşanan iğtişaşların qarşısını almaq üçün polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Redaktor.az “BBC”ə istinadla xəbər verir ki, onlarla futbol azarkeşi dükanların vitrinlərini sındırıb, atəşfəşanlıq edib və maşınları yandırıblar.

Qeyd olunur ki, polis təxminən 11 nəfərin həbs edildiyini bildirib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən