İranda daha 7 azərbaycanlı fəal HƏBS EDİLDİ - FOTO

 10:40 28.11.2022     324

İranda daha 7 azərbaycanlı fəal həbs edilib. 

Redaktor.az xəbər verir ki, bu barədə Güney Azərbaycanda yaşayan milli fəallar sosial şəbəkələrdə xəbər yayıb.

Məlumata görə, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs olunublar.

Bildirilib ki, Tehranda saxlanılan Vəhid Əliqulupur evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.

Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.

Nərmin VÜQARQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən