ABŞ-da minlərlə insan işıqsız qaldı

 12:26 28.11.2022     277

ABŞ-ın Merilend ştatında kiçik təyyarənin yüksək gərginlikli xəttə çırpılması nəticəsində minlərlə insanın işıqsız qaldığı bildirilib.

Redaktor.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Montqomeri Dairəsi Yanğın və Xilasetmə Xidmətinin zabiti Pit Pirinqer deyib.

Onun sözlərinə görə, kiçik təyyarə Qaithersburq əyalətində yüksək gərginlikli xəttə çırpıldıqdan sonra 30 metr hündürlükdə havada qalıb.

Məlumata görə, qəza səbəbiylə bölgədə svetoforlar da daxil olmaqla, təxminən 88 min insanın işıqsız qaldığı bildirilib.

Həmidə İbrahimova