Kiyev yaza qədər işıqsız qalacaq – Kliçko

 14:58 28.11.2022     294

Kiyev meri Vitali Kliçko Ukrayna paytaxtının sakinlərini gələn ilin yazına qədər elektrik enerjisinin fasilələrlə verilməsinə hazır olmağa çağırıb.

Redaktor.az xəbər verir ki, o, "RBC-Ukrayna"ya verdiyi müsahibədə Kiyevin qismən evakuasiya olunacağını istisna etməyib.

“Biz yaza qədər elektrik enerjisinin fasilələrlə verilməsinə hazır olmalıyıq. Çünki soyuq fəsildə insanlar daha çox elektrik enerjisi istehlak edirlər və buna görə də enerji sistemi daha çox yüklənir",- deyə Kiyev meri bildirib.

Kliçkonun əlavə edib ki, hazırda Kiyevdə 430 istilik məntəqəsi mövcuddur. O, vəziyyətin ağır olduğunu iddia edən hakim partiya üzvlərinin məsələni siyasiləşdirmək cəhdlərini də tənqid edib. O, hazırda şəhərdə yaşayan insanların sayını şərh edərək bildirib ki, “smartfonların sayına görə” şəhərdə təxminən 3,35 milyon insan var.

Həmidə İbrahimova