Ukrayna rəhbərliyi Rusiyanın tələblərini yerinə yetirməklə “əziyyətlərə son qoya bilər” - Peskov

 18:52 28.11.2022     321

Son bir neçə həftə ərzində Ukraynada elektrik infrastrukturuna qarşı təkrarlanan raket zərbələri milyonlarla insanı açıq havanın temperaturu sıfırdan aşağı düşdüyü kimi saatlarla və ya günlərlə işıqsız, susuz və istiliksiz qalmağa məcbur edib.

Redaktor.az-ın "reuters"ə istinadla məlumatına görə, lakin Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, “sosial” hədəflərə heç bir zərbə endirilmir – buna xüsusi diqqət yetirilir”.

“Hərbi potensiala birbaşa və ya dolayısı ilə bağlı olan hədəflərə gəlincə, onlar müvafiq olaraq zərbələrə məruz qalırlar”, - o deyib.

Ukraynanın dinc əhalisinin iztirablarının prezident Vladimir Putinin mövqeləri ilə necə uzlaşdırılması barədə jurnalistin sualına gəlincə, Peskov deyib ki, Rusiya Ukraynanı və onun xalqını məhv etmək istəmir.

“Ukrayna rəhbərliyinin vəziyyəti normal vəziyyətə gətirmək üçün bütün imkanları var. Vəziyyəti Rusiya tərəfinin tələblərini yerinə yetirəcək şəkildə həll etmək və müvafiq olaraq, əhali arasında bütün mümkün iztirablara son qoymaq üçün hər cür imkan var”.

Turan İSMAYIL