ABŞ Ukraynaya zərbə silahı göndərir

 19:20 28.11.2022     293

ABŞ və müttəfiqlərinin hərbi ehtiyatları azalır və müharibə uzandıqca Ukrayna daha mürəkkəb silahlara artan ehtiyacla üzləşir. 

Redaktor.az-ın "reuters"ə istinadla məlumatına görə, sənaye mənbələri bildiriblər ki, Boeing-in təklif etdiyi Yerdən Başlatılan Kiçik Diametrli Bomba (GLSDB) adlandırılan sistem, Ukrayna və Amerikanın Şərqi Avropadakı müttəfiqləri üçün yeni döyüş sursatlarının istehsalına dair onlarla plandan biridir.

Birləşmiş Ştatlar 185 mil (297 km) mənzilli ATACMS raketinə dair tələbləri rədd etsə də, GLSDB-nin 94 mil (150 km) mənzili Ukraynaya əlçatmaz olan vacib hərbi hədəfləri vurmağa imkan verəcək və ona əks-hücumlarını davam etdirməyə kömək edəcək. 

Bildirilib ki, GLSDB Ukraynaya 2023-cü ilin yazında çatdırıla bilər.

Həmidə İbrahimova