Türkiyədə avtobus aşıb, 39 nəfər yaralanıb

 10:01 29.11.2022     292

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 39 nəfər yaralanıb.

Redaktor.az “Haberturk”ə istinadən xəbər verir ki, hadisə ölkənin Bartın-Zunquldağ avtomobil yolunun Akçamescit hissəsində qeydə alınıb.

Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Yaralılar yaxılıqdakı dövlət xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə jandarm, təcili tibbi yardım heyəti və yanğınsöndürənlər cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən