Reper ölüm cəzası ilə hədələnir

 10:24 29.11.2022     414

İranda hökumət əleyhinə etirazları dəstəkləyən dissident reper Tumac Saleh anti-təbliğat aparmaqda, düşmən hökumətlə əməkdaşlıqda və zorakılığa təhrik etməkdə günahlandırılaraq həbs edilib.

Redaktor.az “BBC”ə istinadla xəbər verir ki, 31 yaşlı Tumac Salehi ölüm cəzası gözləyir.

Məlumata görə, reper ötən ay etiraz nümayişi ilə bağlı videolarını dərc etdikdən sonra həbs edilib.

O, həmçinin İranın sərt hicab qaydalarını pozduğu iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsi ilə yaranan iğtişaşları dəstəkləyən replərin kliplərini yayımlayıb.

Həmidə İbrahimova

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən