Luqanskda işğalçıların təyyarələri məhv edildi

 11:40 29.11.2022     414

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində işğalçılrın cəmləşdiyi ərazilərə 3 zərbə endirib.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.

Məlumatda o da qeyd olunub ki, ötən gün düşmənin Su-25 və Su-24 təyyarələri məhv edilib.

"Düşmən itki verməkdə davam edir. Rusiya işğalçı qüvvələrinin bölmələrindən biri Luqansk vilayətinin Svatovo şəhərində məğlubiyyəti təsdiqlənib. İlkin məlumata görə, düşmənin itkiləri 20-yə qədər hərbçi təşkil edir. 30-dan çoxu isə yaralanıb”, - deyə məlumatda deyilir.

Həmidə İbrahimova

 

Vumart və Güvən reklamı Vumart Güvən