“Türkiyənin yanında olmalısınız” - Çavuşoğludan NATO ölkələrinə ÇAĞIRIŞ

 14:31 29.11.2022     511

“Ukraynadakı müharibə nəticəsində yaranan qida və enerji böhranı zəif nöqtələrimizi göstərdi”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənn xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, təhdidlərə kollektiv formada reaksiya verilməlidir: “Müttəfiqlər, həmçinin terrorla mübarizədə Türkiyənin yanında olmalıdır”.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Ukraynanı dəstəkləməyə davam edir: “Ədalətli sülhə nail olmağa çalışırıq. "Taxıl sazişi", əsir mübadiləsi, həmçinin tərəflərin görüşünə ev sahibliyi etməyimiz təşəbbüslərimizin təzahürüdür".

Vumart və Güvən reklamı Vumart Güvən