Paşinyanın qardaşı ağır qəzaya düşdü
Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaşı Armen Paşinyanın avtomobili qəzaya düşərək aşıb.
Redaktor.az "armlur.am"a istinadla xəbər verir ki, qəza Malatya-Sebastia inzibati rayonunda baş verib.
Məlumata görə, Armenin qəzaya düşməsinə səbəb olan digər avtomobilin sürücüsü hadisə yerindən qaçmayıb.
Paşinyanın qardaşı sınıq xəsarətləri ilə tibb mərkəzinə aparılıb.
T.İSMAYIL












