Rusiyada ölüm hökmü geri qaytarılır? - Peskov AÇIQLADI
Kremldə ölüm hökmünün geri qaytarılması ilə bağlı heç bir müzakirə aparılmayıb.
Redaktor.az bunu TASS-a Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim bu məsələ ilə bağlı müzakirələrimiz olmayıb və bu məsələyə dəyməz” - deyə o, Kremlin Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinin ölüm hökmünün qaytarılması üçün qanunvericilik şərtlərinin olmaması ilə bağlı bəyanatı ilə razılaşıb-razılaşmaması sualına cavab verərkən bildirib.
Turan İSMAYIL












