Rusiyada polisə verməyə maşın tapılmır

 17:51 29.11.2022     451

Daxili İşlər Nazirliyi yol polisi üçün tələb olunan 2800 yeni patrul maşınının tədarükçüsünü tapa bilməyib.

Redaktor.az “Kommersant”a istinadən bildirir ki, artıq bunun üçün ayrılmış pulların “başqa məqsədlər üçün” paylanması planlaşdırılır.

Qeyd edək ki, əvvəllər polis üçün maşınlAr "Şkoda", "Hyundai" və "AvtoVAZ" dilerləri polis avtomobillərinin tədarükçüsü kimi çıxış edirdilər. 

lakin 2022-ci ildə Daxili İşlər Nazirliyi hətta alış üçün tender elan etməyib.

Agentlik əmin edir ki, yol polisi bölmələri artıq “müasir nəqliyyat vasitələrinin geniş siyahısı” ilə təmin olunub.

Bununla belə, ekspertlər təklif edirlər ki, indiki şəraitdə Rusiya bazarında sadəcə olaraq yol polisi təmin etmək üçün hətta yerli istehsal olan avtomobillər çatışmır.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən