İraqın baş naziri İrana gəldi

 18:24 29.11.2022     357

İranın ali lideri Ayətullah Əli Xamenei İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə görüşüb.  

Redaktor.az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İraq Nazirlər Kabinetinin rəhbəri iki günə planlaşdırılan ilk rəsmi səfər üçün çərşənbə axşamı İrana gəlib. Günün ikinci yarısında Əl-Sudani İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparıb.  

Qeyd edək ki, görüşün təfərrüatları açıqlanmayıb.   

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən