"Müttəfiqlərin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarını təsdiqləyəcəyini gözləyirəm" - Baş katib
NATO ölkələri xarici işlər nazirlərinin Buxarestdə keçirilən sammitindən sonra Ukraynanın gələcək Alyansa üzvlüyü ilə bağlı qərarı təsdiqləməlidir.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
O bildirib ki, müttəfiqlərdən Alyansın müşahidə etdiyi “açıq qapı” siyasətini təsdiqləyəcəklərini gözləyir. Bunun nümayişi Monteneqro və Şimali Makedoniyanın bu yaxınlarda NATO-ya qəbulu, həmçinin Finlandiya və İsveçə dəvətlərdir.
"Ukraynanın üzvlüyü ilə bağlı biz bəyan etmişik ki, Ukrayna üzv olacaq. Mən NATO müttəfiqlərinin bu qərarı təsdiqləyəcəyini gözləyirəm. Lakin hazırda əsas diqqət Ukraynanı dəstəkləməkdədir. Müharibə gedir. Ona görə də belə bir şey etməməliyik. Bu, Ukraynaya hərbi, humanitar və maliyyə dəstəyi üçün Alyansın birliyini poza bilər”, - Stoltenberq vurğulayıb.
Baş katib onu da qeyd edib ki, Alyans Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə qələbəsinin qarşısını almalıdır.
Qeyd edək ki, NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammiti zamanı müttəfiqlər Ukraynanın gələcəkdə Şimali Atlantika Alyansına üzv olacağına dair bəyannamə qəbul etmişdilər.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünün ədalətli olduğunu, çünki Ukrayna qüvvələrinin NATO ölkələrindəki ilə eyni səviyyədə olduğunu bildirmişdi.
Turan ASLAN












