Rusiyada məhkumlar tank zavoduna göndəriləcək
Rusiyada "Nijni Tagil" həbsxanasındadə cəza çəkən məhbuslar ən böyük tank zavodu olan "Uralvaqonzavod"da işləmək üçün köçürüləcəklər.
Redaktor.az Rusiyanın “Vazhye istory” nəşrinə istinadə bildirir ki, bu barədə Sverdlovsk vilayəti üzrə Federal Penitensiar Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, məcburi əməyə məhkum edilmiş 250 rusiyalı zavoda işə götürüləcək.
Qeyd olunur ki, məhbuslar mexanizator, qazmaçı, tokarçı, frezeçi, daşlamaçı, elektrik qaynaqçı, mexanik və kran maşinisti vəzifələrində çalışacaqlar.
Məhkumlar eyni zamanda məxfi məlumatlara çıxış əldə etməyəcək, ancaq yardımçı işlərə cəlb olunacaqlar.
Tunar Altunbay












