ABŞ elektrik şəbəkəsini bərpa etmək üçün Ukraynaya yardım göndərəcək

 09:36 30.11.2022     374

ABŞ yaxın günlərdə Ukraynaya enerji infrastrukturunun bərpası üçün yardımın ilk partiyasını verməyi planlaşdırır.

Bu barədə Redaktor.az Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin NBC telekanalında verdiyi açıqlamaya istinadən xəbər verir.

Söhbət bu işdə hansı yardımdan gedir, hələlik rəsmi məlumat verilməyib.

"İnanırıq ki, bir həftə ərzində bəzi materialları, ilk partiyanı təqdim etməyə başlaya bilərik" -  C.Kribi deyib.

Qeyd edək ki, bundan əvvəl məlum olub ki, Amerika Birləşmiş Ştatları Rusiyanın hücumlarından sonra Ukraynanın enerji sisteminin bərpası üçün lazım olan avadanlıqların alınmasına 53 milyon dollar ayıracaq.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən