Rusiyada neft anbarı YANIR

 10:06 30.11.2022     450

Rusiyanın qərbindəki Bryansk vilayətində təxminən 1,8 min kvadratmetr ərazisi olan neft anbarında yanğın baş verib. 

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz bildirib.

"Suraj rayonunda neft məhsulları olan çənlər yanır. Yanğınsöndürmə briqadaları hadisə yerində işləyir. Tələfat və itkilər barədə məlumat yoxdur", - deyə o, teleqram kanalında yazıb.

Məlumata görə, yanğının söndürülməsi əməliyyatına 80-dən çox canlı qüvvə və 30 texnika, o cümlədən yanğınsöndürmə qatarı cəlb olunub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yerli aeromobil əməliyyat qrupu da göndərilib.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən