Ukraynada işğalçılara güclü zərbələr endirildi
Ukrayna Silahlı Qüvvələri işğalçıların şəxsi heyətinin, silah-sursatın və hərbi texnikasının cəmləşdiyi ərazilərə 15 zərbə endirib.
Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
“Son bir həftə ərzində Rusiya işğalçı qüvvələrinin bölmələrinin 720-dən çox yaralısı müvəqqəti işğal altında olan Donetsk şəhərinin tibb müəssisələrinə çatdırılıb”, - deyə məlumatda qeyd olunur.
Həmidə İbrahimova












