Kim Kardaşyan rəsmən BOŞANDI

 11:14 30.11.2022     660

Kim Kardaşyan və Kanye Vest rəsmən boşanıb.

Redaktor.az "Hola"ya istinadla xəbər verir ki, cütlük uşaqların qəyyumluğu və əmlak da daxil olmaqla bütün hüquqi məsələlər barədə razılığ agəlib.

Los-Anceles Ali Məhkəməsinin qərarına görə, realiti-şou ulduzu və reper 4 övladı - 9 yaşlı Nort, 6 yaşlı Saint, 4 yaşlı Çikaqo və 3 yaşlı Psalma birgə himayədarlıq edəcəklər.

Razılaşma o qeyd edilib ki, Kanye hər ay uşaq dəstəyi üçün Kardaşyana 200.000 dollar ödəyəcək. Həmçinin uşaqların təhsil və təhlükəsizlik xərcləri də daxil olmaqla, övladlarının xərclərinin 50%-nə cavabdeh olacaq.

Xatırladaq ki, keçmiş cütlük 7 illik evlilikdən sonra 2021-ci ilin fevralında boşanma ərizəsi verib.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən