Türkiyə kəşfiyyatı PKK-nın rəhbələrindən birini məhv etdi
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib.
Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.
Əməliyyat nəticəsində PKK-nın “kəşfiyyat koordinator”u Fatma Onur məhv edilib.












